$1 milyard dollar həcmində fidyə: Qətər terrorçular ilə danışığa getdi | Banco.az

$1 milyard dollar həcmində fidyə: Qətər terrorçular ilə danışığa getdi

Pul vəsaiti "Əl-Qaidə" doyüşçülərinə və İran xüsusi xidmət orqanlarına, şahin ovu zamanı oğurlanmış - girov götürülmüş kral ailəsinin 26 üzvünü azad etmək üçün ödənib. 

Qətər hökuməti bu yaxınlarda terrorçulara 1 milyard dollara yaxın pul ödəyib.

Financial Timesin verdiyi məlumata görə, rəsmi Doha İraqın cənubunda şahin quşlarının ovu ilə məşğul olaraq girov götürülən əmirin 26 ailə üzvü, Suriyada isə terrorçuların girovluğunda olan 50  hərbçiyə görə bir milyard dollara yaxın pul ödəməli olub. İddiaya əsasən, girovların sərbəst buraxılması üçün adıçəkilən məbləğ bu ilin aprelində  “Əl-Qaidə”nin Suriyadakı qolu və İran xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Onlar qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə dəstək və İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Ardınca Liviya, Yəmən, Maldiv adaları və Mavrikiy Qətərlə diplomatik əlaqələrin dayandırıldığını bəyan edib.