15 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 25 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bakı Fond Birjasının yaydığı məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiyməti intervalı 91.7846 AZN (9.0000%) və 94.3689 AZN (6.0000%) olan 18 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.9720 (6.4500%), orta ölçülmüş qiyməti 94.0594 (6.3505%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81 milyon 854 min 800 manat, yerləşdirilmiş həcmi isə 25 milyon manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 13 oktyabr 2020-ci il.
Hərrac iştirakçıları 16 oktyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.