1 ildə neft və manatın qiyməti necə dəyişdi? | Banco.az

1 ildə neft və manatın qiyməti necə dəyişdi?

Əgər qayıdıb bir il öncəyə nəzərə salsaq, brent markalı neftın bir barelinin 2014-cü il 4 avqust tarixinə qiymətinin 105,41 dollar olduğunun şahidi olaraq. Hazırda eyni markalı neft iki dəfə daha ucuz, 51,96 dollara satılır.  Ötən müddət ərzində ən ucuz satış qiyməti isə cari ilin yanvarın 13-də, 46, 59 dollara olub.

Daha ətraflı qrafikdə...

Həmçinin WTI markalı neftin qiyməti də bir il ərzində əhəmiyyətli dərəcədə dəyişib. Əgər ötən ilin avqustun 4-də WTI markalı neftin 1 bareli 98,29 dollara satılırdısa, cari ildə bu rəqəm 46,87 dollar təşkil edir.  Ən aağı qiymət isə, martın 16-da 43,46 dollar olmaqla qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Neftin qiyməti ilə manatın dəyəri arasında bilavasitə əlaqənin olmasına baxmyaraq, manat öz dəyərini yalnız bu ilin fevralından sonra itirməyə başlayıb. Bunun da əsas səbəbi Mərkəzi Bankın qərarı ilə həyata keçirilən kəskin devalvasiya olub.

Aşağıdakı qrafikdə manatın son il ərzində qiymətinin dollara və avro istiqamətində dəyişməsini müşahidə edə bilərsiniz. Kurslar Mərkəzi Bankın rəsmi saytından, orta aylıq məzənnələrə görə götürülüb, son üç ay üzrə rəqəmlər isə hər bir ayın 3-nə olan tariflərdir.

 

Ekspertlər yekdilliklə bildirir ki, İranın üzərində olan embarqolar götürülərsə, İran da öz neftini asanlıqla bazara çıxara biləcək və bu da bazarda neft təklifini artıracaq. Beləliklə proqnozlar neftin qiymətində eniş ehtimalını artırır. Neftin qiymətinin düşməsi, milli valyutanın da öz dəyərini itirməsini şərtləndirəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et