1 dollara nə ala bilərsiniz? | Banco.az

1 dollara nə ala bilərsiniz?

Dünyanın müxtəlif ölkələrində 1 dollara nə almaq mümkün olduğuna baxaq.

1. Meksikada bu pula 48 banan almaq olar.

2. Avstraliyada bir dollara bir dəqiqə ərzində mobil telefonla danışa bilərsiniz.

3. Zimbabvada 1 dollara müxtəlif əşyalar əldə etmək olar. Hararada “dollar bazarında”  geyimdən tutmuş ərzaq mallarına qədər hər şey təklif edirlər.

4. Kanadada bir orqanik alma əldə edə bilərsiniz.

5. Haitidə düyüdən hazırlanmış dörd yemək növü ala bilərsiniz.

6. Belçikada 1 dollara bir qutu saqqız ala bilərsiniz.

7. Qrellandiyada bir dollara 1 litr benzin almaq mümkündür.

8. Venesuelada benzin çəlləyinizi ölçüsündən asılı olaraq yarıya və ya tam doldura bilərsiniz.

9. Səudiyyə Ərəbistanında 1 dollara taksidə 1 mil yol gedə bilərsiniz.

10. Hondurasda isə həmin pula sizi şəhərin istənilən nöqtəsinə apararlar.

11. İtaliyanın Hanci şəhərində 1 dollara mənzil belə kirayələyə bilərsiniz.

12. Finlandiyada bu məbləğə pullu ayaqyolundan istifadə edə bilərsiniz.

13. Danimarkada Kinder maxi şokoladı ala bilərsiniz.

14. İordaniyada 1 dollara şokolad, pepsi və bir paket çipsi ala bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

15. Yaponiyada bir onigiri ala bilərsiniz.

16. İndoneziyada bir dollara normal nahar edə bilərsiniz.

17. Çində yerli çəllək pivəsi ala bilərsiniz.

18. Çexiyada bir dollara iri supermarketdə üç şüşə pivə almaq mümkündür.

19. Böyük Britaniyada bu məbləğə bir turşuya qoyulmuş yumurta təklif edə bilərlər.

20. Vyetnamda isə 40-dan çox bildirçin yumurtası ala bilərsiniz.

21. Misirdə bir dollara falafelli altı sendviç ala bilərsiniz.

22. Portuqaliyada sizi kiçik fincan espressoya qonaq edərlər.

23. İsveçrədə bir dollara dünya şöhrətli İsveçrə pendirinin kiçik parçasını əldə edə bilərsiniz.

24. Taylandda bu məbləğə yaşıl taya karrisi və düyü əldə edə bilərsiniz.

25. Keniyada 8 baş kələm, 4 pomidor və 4 baş soğan ala bilərsiniz.

26. İrlandiyada bir paket çipsi ala bilərsiniz.

27. Nepalda bir dollara 10 ədəd yerli mantının dadına baxa bilərsiniz.

28. Norveçdə isə 1 dollara “heç nə” ala bilmərsiz.

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et