"1-ci yarımildə tədiyə balansının cari hesabının profisitli olacağı istisina deyil" | Banco.az

"1-ci yarımildə tədiyə balansının cari hesabının profisitli olacağı istisina deyil"

Azərbaycan Mərkəzi Bankı 2020-ci ilin 1-ci yarının yekunu üzrə də tədiyə balansının cari hesabının profisitli olacağını istinsa etmir.

Mərkəzi Bankdan bildirilib ki, tələbin nisbətən artması, eləcə də aprel ayında əldə olunmuş OPEK+ razılaşmasının yenilənərək icrasının təsiri ilə neft qiymətləri bərpa olmağa başlamışdır. İyunun ötən dövründə brent neftinin orta qiyməti 40 dollar olmuşdur ki, bu da mayın orta qiymətindən (32.5 dollar) 23%, aprelin orta qiymətindən isə (27.1 dollar) 48% yüksəkdir.

"Cari ilin 5 ayında ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 19% azalsa da xarici ticarət balansı profisitli qalmışdır. İdxalda azalma meyilləri xarici balansa tarazlaşdırıcı təsir göstərir. Qeyd olunanları nəzərə almaqla I yarımilliyin yekunu üzrə də tədiyə balansının cari hesabının profisitli olacağı istisina deyil",- Mərkəzi Bankdan bildirilir.

Xəbər verdiyimiz kimi, 2020-ci ilin 1-ci rübü üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 2.5 dəfə azalaraq 646.3 milyon dollar təşkil etmişdir. Neft-qaz sektoru üzrə CƏB profisiti ö.i.m.d.n. 19.2% (0.6 milyard dollar) azalaraq 2.4 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 28.4% (0.4 milyard dollar) artaraq 1.8 milyard dollar məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşmışdır. 

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Banka istinadən, 2020-ci ilin 1-ci rübündə Azərbaycanının tədiyyə balansında 1 milyard 343 milyon 500 min dollar kəsir yaranıb. Halbuki, 2019-ci ilin 1-ci rübündə tədiyyə balansında 2 milyard 19 milyon dollar profisit formalaşmışdı.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et