Xidmətlər üzrə məsləhətçi (Reception) – Bakıxanov | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).
Bank Respublika

Xidmətlər üzrə məsləhətçi (Reception) – Bakıxanov

Vakansiya haqqında məlumat: 

“Bank Respublika” ASC Bakıxanov filialı üçün Xidmətlər üzrə məsləhətçi (Reception) vakansiyasını elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
  • Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
  • Müştərilər arasında aparılan sorğularda iştirak;
  • Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: Müştəri xidmətləri üzrə təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili orta səviyyədə arzuolunandır; 
  • Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 avqust 2023-cü il tarixinədək email-in mövzu hissəsində Xidmətlər üzrə məsləhətçi (Reception) – Bakıxanov qeyd etməklə HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.