Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi | Banco.az
Kapital Bank

Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi

Ümumi məlumat

Öhdəliklər

Kapital Bank namizədləri Xəzinədarlıq departamentinin Maliyyə institutları şöbəsinin mütəxəssisi /aparıcı mütəxəssisi vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

  • Nostro və Loro müxbir hesabların açılması, aparılması və bağlanması prosesinin həyata keçirilməsi; daimi olaraq hesab üzrə sənədlərin yenilənməsinə nəzarəti həyata keçirmək;
  • Bankda “Due Diligence” təşkili və aparılmasında iştirak etmək;
  • Müxtəlif mənbələrdə (Bankers Almanac, SWIFT KYC Registry) bank məlumatlarının yenilənməsi;
  • Müxbir banklar tərəfindən təklif olunan xidmətlərin tarifini, universallığını, əməliyyatların keyfiyyətini, etibarlılığını nəzərə alaraq beynəlxalq hesablaşmalar üçün müxbir bankların seçilməsi; bu banklarda kredit xətti limitlərinin təyin edilməsi barəsində təkliflərin verilməsi və danışıqların aparılması;
  • Yerli və xarici maliyyə institutlarından, həmçinin daxili struktur bölmələrdən daxil olan sorğuların koordinasiyası və cavablandırılması, müvafiq sənədləşmə işinin aparılması;
  • Rəhbərliyin göstərişi ilə həftəlik, aylıq əsasda hesabatların tərtib olunması.

 Tələblər

  • İqtisadiyyat, maliyyə və ya beynəlxalq münasibətlər sahəsində ali təhsil;
  • Maliyyə İnstitutları ilə iş / Müxbir əlaqələr sahəsində minimum 1 il iş təcrübəsi;
  • Səlis azərbaycan, rus və ingilis dili bilikləri;
  • MS Word, MS Excel, Power Point, Outlook proqramları ilə işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik və komandada işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et