Xəzinədarlıq departamenti, Aktiv və Passivlərin idarə olunması şöbəsi, kiçik mütəxəssisi/mütəxəssisi | Banco.az
Bank BTB

Xəzinədarlıq departamenti, Aktiv və Passivlərin idarə olunması şöbəsi, kiçik mütəxəssisi/mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Xəzinədarlıq departamenti, Aktiv və Passivlərin idarə olunması şöbəsi, kiçik mütəxəssis/mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Xəzinədarlıq departamenti, Aktiv və Passivlərin idarə olunması şöbəsi, kiçik mütəxəssisi/mütəxəssisi

İş barədə məlumat:

  • Likvidlik proqnozlarının hazırlayır və şöbə rəhbərliyinə təqdim edir;
  • Likvidlik və bazar riskləri nəzərə alınmaqla, mövcud resursların müddətləri, valyutaları və məbləğləri barədə hesabatların hazırlanmasında iştirak edir;
  • Maliyyə bazarında əlavə resurslar cəlb edilməsi və ya artıq resursların yerləşdirilməsi üçün verilən tapşırıqlara əsasən danışıqlar aparır və şöbə rəhbərliyini məlumatlandırır;
  • Yerli və beynəlxalq maliyyə-kredit təşkilatları, fondları, bankları və digər maliyyə institutları ilə münasibətlər qurur, onlardan bank üçün sərfəli şərtlərlə maliyyənin əldə edilməsi istiqamətində fəaliyyət göstərir;
  • Resursların daxili qiymətlərinin hesablanmasını (FTP – funds transfer pricing) həyata keçirir;
  • Departamentin funksiyaları daxilində departament rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirir.

Namizədə tələblər:

  • Ali təhsil (İqtisadi/Biznes üzrə);
  • Bank Qanunvericiliyinə dair ümumi biliklər;
  • Ən azı 1 il maliyyə bazarlarında əməliyyatlar sahəsində təcrübə;
  • Rus və İngilis dillərini bilməsi üstünlük sayılır;
  • Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
  • Analitik düşüncə;
  • Operativlik.
  • MS Office proqramlarında işləmək biliyi;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Xəzinədarlıq departamenti) göstərməyiniz xahiş olunur.