PAŞA Sığorta ASC namizədləri Xərclərə nəzarət və hesabatlılıq üzrə assistent vəzifəsinə müraciət etməyə dəvət edir.
Rol və öhdəliklər:
• Şirkətin büdcə və planlaşdırma prosesinin idarəedilməsində iştirak.
• Büdcənin icrasına nəzarət və büdcə icraatı haqqında hesabatların hazırlanmasında iştirak.
• Aylıq, illik maliyyə və rəhbərlik hesabatlarının hazırlanmasında iştirak.
• ERP sistemlərin tətbiqində iştirak.
Tələb olunan bilik, bacarıq və keyfiyyətlər:
• Maliyyə, iqtisadi və ya riyazi ali təhsil.
• Maliyyə, mühasibat, büdcə və planlaşdırma sahəsində iş təcrübəsi arzu olunandır.
• Yaxşı səviyyədə MS Office proqramları (xüsusilə, MS Excel) biliyi.
• Mükəmməl Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dilləri bilikləri arzu olunandır.
• Komandada işləmək bacarığı, ünsiyyət qurma qabiliyyəti, məntiqi və analitik düşünmə qabiliyyətləri.
• Stresə davamlı, təşəbbüskar, dəqiq, məsuliyyətli, qeyri-emosional.
Son müraciət tarixi 26 iyun 2014-cü il
Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edərək CV-nizi [email protected] elektron ünvanına göndərin.