Xarici Nəzarət şöbəsinin aparıcı mütəxəssisi | Banco.az
Kapital Bank

Xarici Nəzarət şöbəsinin aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət departamentinin Xarici Nəzarət şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Əmək müqaviləsi, şöbənin Əsasnaməsi, habelə şöbənin fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
  • Birbaşa rəhbəri, İdarə Heyəti sədri, tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, şöbənin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
  • Gündəlik aparılan əməliyyatların düzgün hesablar üzrə formalaşması ,müvafiq hesablardan düzgün istifadə ,qalıqlara nəzarətin gücləndirilməsinə nəzarət edir.
  • Bankın tranzit hesablarına düzgün nəzarətini təşkil etmək üçün ümumi mühasibat uçotu qaydaları və daxili prossedur qaydalarına riayət edilməsini təmin edir.
  • Yeni qurulan biznes prosseslər üzrə mühasibatlıq modellərinin hazırlanmasını təmin edir.
  • Şöbənin gündəlik fəaliyyətinin effektiv aparılması üçün lazımı hesabatların hazırlanmasını təmin edir.
  • Şöbə rəisi tərəfindən tələb olunan lazımi məlumatları və hesabatları tərtib etmək.
  • Əməliyyatların Bank Əməliyyat Sistemində düzgün əks etdirilməsinə nəzarət etmək.
  • Bank əməliyyatları üzrə proseslərin analizını həyata keçirmək.
  • Şöbə əməkdaşlarının işinə nəzarət və onların peşəkar inkişafını təmin etmək .

Tələblər

  • Ali təhsil
  • Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili
  • İqtisadiyyat, maliyyə, mühasibatlıq və audit ixtisaslar üzrə təhsil
  • Göstərilmiş sahədə 2 ilədək təcrübə
  • Excel üzrə biliklər
  • Dəqiq və məsuliyətli olmaq, detallara fikir vermək qabiliyyəti
  • Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı
  • Analitik düşünmə qabiliyyəti
  • Komandada işləmək bacarığı
  • Təşkilatçılıq və rəhbərlik qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, [email protected] elektron ünvanına “Xarici nəzarət şöbəsinin aparıcı mütəxəssisi” başlığı ilə müraciət edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et