Windows Administrator
Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: İnformasiya Kommunikasiya Texnologiyaları /Bank
Vəzifə: Windows Administrator
Müqavilə şərtləri: Daimi
Bank haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.
Başlıca öhdəliklər və məsuliyyətlər
• Mesajların mübadiləsi sisteminin idarə edilməsi və Exchange Server, Lync Server sistemlərinin işinin təşkil edilməsi.
Namizədin Profili
• Ali təhsil (informasiya texnologiyaları/kompyuter elmləri/telekomunikasiya sahəsində)
• Azərbaycan, Rus və İngilis dilləri üzrə biliklər
• Məlumatların saxlanılması sistemlərinin (HP 3Par, HP EVA) işləmə prinsipləri üzrə biliklər
• Administrator səviyyəsində Windows Server ƏS idarə edilməsi üzrə iş təcrübəsi
• Active Directory, DNS, DHCP, WSUS və digər Windows Server ƏS serverlərinin idarə edilməsi üzrə iş təcrübəsi
• Hipervizorlarla işləmək üzrə iş təcrübəsi
• Fasiləsiz və arası kəsilmədən işləyən (24x7x365) sistemlərin layihələndirilməsi üzrə iş təcrübəsi
• İP-şəbəkələrin texnologiyalarını və əsas prinsiplərini anlamaq (kommutasiya, marşlutlaşdırma, protokol axımı TCP/İP, VLAN, NAT və digərləri)
• Minimum 1 il iş təcrübəsi
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Məsuliyyətlilik
• Qeyd edilmiş sahələr üzrə lisenziyalı sertifikatların mövcudluğu müsbət qarşılanır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 03.11.2016-cıil tarixinədək [email protected]elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Windows Administrator)göstərməyiniz xahiş olunur.