Tətbiqi sistemlərin idarə edilməsi şöbəsinin mütəxəssisi | Banco.az
VTB Bank Azərbaycan

Tətbiqi sistemlərin idarə edilməsi şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank VTB (Azərbaycan) ASC

Tətbiqi sistemlərin idarə edilməsi şöbəsinin mütəxəssisi

Tələblər:  

  • Ali texniki təhsil;
  • profil üzrə ən azı 1 illik iş təcrübəsi;
  • məlumat bazasının qurulması nəzəriyyəsinin əsasları ilə tanışlıq, HD Oracle inzibatçılığı sahəsində təcrübə;
  • SQL. PL/SQLüzrə biliklər, XML ilə işləmək bacarığı;
  • Proqramlaşdırmadillərindən istifadədə praktiki təcrübə;
  • rus və Azərbaycan dillərini mükəmməl bilmək (ingilis dili bilənlərə üstünlük veriləcək);
  • sistemli təfəkkür, analitik qabiliyyət, müxtəlif həcmli məlumatları strukturlaşdırmaq və təhlil etmək bacarığı;
  • Nəticəyə istiqamətlənmək, yüksək iş qabiliyyəti, operativlik və komandada işləmək bacarığı.

Vəzifələri:

  • internet bankinq sisteminin, həmçinin avtomatlaşdırılmış bank sisteminin (ABS) funksionalına dəstək;
  • ABS-in müxtəlif funksiyalarına daxil olmaların, həmçinin ABS-in fəaliyyət göstərməsi və onun digər proqram kompleksləri ilə inteqrasiyası sahəsində məlumatlara giriş, saxlanılması, emalı və verilməsinin proqram vasitələrinin inzibatçılığı;
  • ABS-in cari funksionalında tələb olunan tamamlamaların icra olunması;
  • ödəniş sistemlərinin tətbiqi və inzibatçılığı, PT-in tətbiqi və daimi istismarı prosesində ödəniş sistemlərinihazırlayanlarla proqram-texniki əlaqə, Bankda ödəniş sistemlərinin növbəti yenilənmələrinin həyata keçirilməsi;
  • PT-ın sınaqdan keçirilməsi və istifadəçilərin təlimi.

 

Tələblərə uyğun namizədlər şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).