Təşkilati Risklərin İdarə Edilməsi üzrə Mütəxəssis
Təşkilati Risklərin İdarə Edilməsi üzrə Mütəxəssis
Ölkənin ən böyük korporativ bankı olan PAŞA Bank komandasına qoşulmaq üçün Təşkilati Risklərin İdarə Edilməsi üzrə Mütəxəssis pozisiyasına namizədlərin axtarışını elan edir.
Vəzifənin məqsədi
Təşkilati və Qeyri-Maliyyə Risklərinin aşkarlanması, qiymətləndirilməsi, ölçülməsi və qərarların qəbul edilməsinə cavabdehlik. Təşkilati və Qeyri-Maliyyə Riskləri çərçivəsinin təkmilləşdirilməsi üçün zəruri layihələrin aparılması və fəaliyyətlərdə iştirak.
Vəzifə öhdəlikləri
• Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanması
• Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi (1-ci müdafiə səviyyəsi ilə iş)
• Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsi
• Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsi
• Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi
• Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi
• Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdilməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması
• Dövri hesabatlığın hazırlanması
Tələb olunan bilik, bacarıq və təcrübə
• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Risk, audit, daxili nəzarət və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) və FRM (Maliyyə Risklərinin İdarə Edilməsi) üzrə sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Təşkilati Risklərin İdarə edilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır