Telemarketinq şöbəsinə müdir | Banco.az
ABB

Telemarketinq şöbəsinə müdir

Vakansiya haqqında məlumat: 

 

 

Azərbaycan Beynəlxalq Bankı  Pərakəndə CRM departamentinin Telemarketinq şöbəsinə müdir vakansiyasını açıq elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan, bütün namizədləri aktiv şəkildə böyüyən Telemarketinq komandamıza qoşulmağa dəvət edirik! Telemarketinq şöbəsinin müdiri olaraq Siz bankın potensial müştərilərinə zənglərin edilməsindən, bankın təklif etdiyi məhsullarının satışını həyata keçirilməsindən və satış kvotasının yerinə yetirilməsindən məsul olan komandaya rəhbərlik edəcəksiniz.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Operatorların işinin effektiv şəkildə təşkili, müştəri bazasının hazırlanması, iş modellərinin təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması;
  • Satış üçün edilən və qəbul olunan zənglər üzrə konversiyanın artırılması üzrə müxtəlif satış texnikalarının tətbiqi, danışıq skriptlərin təkmiləşdirilməsi;
  • Səmərəliliyin və xidmət keyfiyyətinin artırılması üçün telemarketinq və digər alternativ satış kanalları üzrə müasir, innovativ həllərin tətbiqi sahəsində layihələrin hazırlanması və icrası;
  • Nəzarət və hesabatlılıq sisteminin inkişafı, xidmət keyfiyyətinin idarəedilməsi;
  • İşçilərin işə qəbulu, təlimi və adaptasiyasında iştirak;
  • Satış planlarının icra edilməsi məqsədilə motivasiya sisteminin inkişafı, əlavə tədbir və yanaşmaların tətbiq edilməsi üzrə işlərin görülməsi;
  • İşçilərin bilik və bacarıqlarının inkişafı üzrə təlim proqramlarının hazırlanmasında iştirak;
  • Bankın başqa departamentləri ilə işgüzar əlaqələrin saxlanılması.

Komandamıza qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
  • Davamlı karyera inkişafı

Bizim üçün ideal namizəd:

  • Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan
  • Satış üzrə rəhbər və ya trener kimi təcrübəsi olan
  • Münaqişələrə  kreativ həll yolu tapan
  • Analitik bacarığı olan
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən
  • Güclü kommunikativ qabiliyyətə sahib olan
  • Kompüter və MS Office proqram bilikləri yüksək səviyyədə olan şəxsdir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Telemarketinq şöbə müdiri")

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et