Sumqayıt KOB ofisi və Rəqəmsal filialında Məsləhətçi (təcrübəçi) | Banco.az
Azər Türk Bank

Sumqayıt KOB ofisi və Rəqəmsal filialında Məsləhətçi (təcrübəçi)

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Bankın təqdim etdiyi bütün növlərə aid edilən bank məhsulu və göstərilən xidmət növləri barədə olan məlumatların müştərilərə təqdim olunmasını təmin etmək;
  • Müştərinin əməliyyatını icra etmək səlahiyyətində olmadığı təqdirdə aidiyyəti üzrə yönləndirmək;
  • Müştərilərə növbə talonu almaqda köməklik göstərmək və zalda növbəliyə nəzarət etmək;
  • Telefon vasitəsi ilə Banka edilən müraciətləri və sorğuları operativ şəkildə cavablandırmaq və ya aidiyyatı üzrə ünvanlandırmaq;
  • Şikayət və bu səpkidə olan digər məsələlərlə bağlı filial rəhbərliyinə operativ şəkildə məlumat vermək;
  • Sorğulara əsasən Bankın müştərilərə təqdim etdyi məhsullar, xidmətlər, onların tarifləri, terminalların dislokasiyası və aidiyyəti olan digər məsələlərlə bağlı müştərilərə müvafiq məlumatların verilməsini təmin etmək;
  • Müştəri sorğusuna əsasən onun hesabları üzrə aparılan əməliyyatlar haqqında yazılı və ya şifahi şəkildə məlumatlar (vəsaitin qalıqları, vəsaitin hərəkəti və s.) vermək;

*Qeyd: Təcrübəni uğurla başa vuran namizədlərin işə qəbulu nəzərdə tutulur. 

Tələblər

  • Ali təhsil (iqtisadi təhsil arzu olunandır);
  • Azərbaycan dilində səlis danışma, yazma bacarığı (xarici dil arzuolunandır);
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Ünsiyyət qurma bacarığı;
  • Komandada işləyə bilmə bacarığı;
  • Stressə davamlılıq.

Müraciət üçün daxil olun