Kapital Bank
Strategiya və Büdcə şöbəsinin aparıcı mütəxəssisi
Vakansiya haqqında məlumat:
Strategiya və Büdcə şöbəsinin aparıcı mütəxəssisi
Kapital Bank namizədləri Maliyyə menecment Departamentinin Strategiya və Büdcə şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bankın qarşısına qoyduğu strateji hədəflərə nəzarətin təmin olunması, bu hədəflər ilə əlaqədar təhlillərin aparılması;
- Xərclərin təhlilinin aparılması və büdcə ilə uyğunlaşdırılması;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
- Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Bankın fəaliyyətini təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması;
- Şöbənin funksiyasından irəli gələn digər funksiyaları icra edilməsi.
Tələblər
- Ali təhsil;
- Sahə üzrə ən azı 1 illik iş təcrübəsi
- Əla səviyyədə Azərbaycan dili biliyi, orta səviyyədə inglis dili və rus dili;
- Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri, SQL (MSSQL, T-SQL);
- Yüksək analitik qabiliyyət;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!