Bank BTB
Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi
Vakansiya haqqında məlumat:
İş barədə məlumat
- Gündəlik sistemin monitorinqini həyata keçirmək, bütün proqram təminatının, server resurslarının, sistemlərin və əsas proseslərin yararlılığını və bütövlüyünü yoxlamaq, sistem və proqram girişlərini nəzərdən keçirmək;
- Gündəlik backup əməliyyatları həyata keçirmək;
- LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə dəstəklənməni təmin etmək;
- Sistemin səmərəli işləməsini təmin etmək
- Sistem dizaynı komponentlərinin birgə lazımi səviyyədə işləməsini təmin etmək;
- İstifadəçilər tərəfindən qeyd edilmiş problemləri aradan qaldırmaq;
- Gələcək təkmilləşdirmə üçün tövsiyyələr vermək;
- Şəbəkə və sistem təhlükəsizliyini qorumaq
- Problemləri təhlil və təcrid etmək;
- İstifadəçilərin yararlandığı şəbəkənin əlçətanlığı və təhlükəsizliyini təmin etmək məqsədilə monitorinqin həyata keçirilməsi;
- Sistem performansını qiymətləndirmək və modifikasiya etmək. Texniki KPİ-lara cavabdeh olmaq;
- Şəbəkə bütövlüyünü, serverin fəaliyyətini və təhlükəsizliyini qorumaq;
- Şəbəkə bağlantısını texniki həllər ilə şirkətin LAN/WAN infrastrukturu üzərindən təmin etmək;
- Şəbəkələri dizayn etmək və genişləndirmək;
- Şəbəkənin ünvan təyinatını yerinə yetirmək;
- Marşrutlaşdırma (routing) protokollarını və cədvəl konfiqurasiyasını təyin etmək;
- Autentifikasiya konfiqurasiyasını və direktoriya servislərinin autentifikasiyasini təyin etmək;
- Drayver, personal kompüter, printer və sair kimi şəbəkə vəsaitlərinin individual maşınlarda idarə edilməsi;
- Şəbəkə serverlərini, o cümlədən fayl serverlərini və VPN bağlantılarını qorumaq, sistəmə müdaxiləni aşkarlamaq və s.
Namizədə tələblər
- Ali təhsil;
- Şəbəkə administratoru üzrə bir ildən az olmayan iş təcrübəsi;
- LANs, WANs, şəbəkə seqmentləri, internet və intranet sistemləri üzrə biliklər;
- Tətbiqi proqramlar üzrə biliklər;
- Komandada və fərdi işləmək qabiliyyəti;
- Tez və düzgün qərar vermək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Azərbaycan və rus dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Avqust, 2019-cu iltarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Sistem və şəbəkənin idarə edilməsi şöbəsinin Baş mütəxəssisi) göstərməyiniz xahiş olunur.