İnzibati İşlər və Satınalmalar Departamentinin Satınalmalar şöbəsinin Aparıcı/ Baş mütəxəssisi | Banco.az
Azər Türk Bank

İnzibati İşlər və Satınalmalar Departamentinin Satınalmalar şöbəsinin Aparıcı/ Baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Təsvir

  1. Bankın daxili qaydalarına əsasən satınalma prosedurlarının həyata keçirilməsi;
  2. Dövlət satınalma prosedurlarının təşkili prosesində aşağıdakı işlərin həyata keçirilməsi:
  • malın (işin, xidmətin) ehtimal olunan dəyərinin müəyyən edilməsi;
  • malın (işin, xidmətin) ehtimal olunan dəyərindən asılı olaraq satınalma metodunun seçilməsi;
  • müsabiqə iddiaçıları siyahısının hazırlanması;
  • müsabiqəyə dəvət sənədlərinin (sorğu, dəvətnamə, kotirovka və tenderin əsas şərtlər toplusu) hazırlanması və müvafiq iddiaçılara göndərilməsi;
  • müsabiqə təkliflərinin qəbul edilməsi;
  • müsabiqə qalibi ilə bağlanılan müqavilənin hazırlanması;
  • bağlanmış müqavilənin icrasına nəzarət edilməsi;
  • bağlanmış müqavilə üzrə ödəniş sənədlərinin yoxlanılması və Bankın daxili proqram təminatına daxil edilməsi;
  1. Keçirilmiş satınalma proseduru nəticəsində alınmış malların/işlərin/xidmətlərin qəbul edilməsi və müvafiq aktla rəsmiləşdirilməsi;
  2. Alınmış malların Bankın aidiyyəti struktur bölməsinə vaxtında çatdırılmasının təşkilində iştirak edilməsi;
  3. Yüksək dəyərli və ya mürəkkəb (tender üzrə) satınalma prosedurlarının təşkilinə bilavasitə cavabdehlik daşınması;
  4. Şöbə daxilində satınalma üzrə mütəxəssislərin fəaliyyətinə metodoloji dəstəyin göstərilməsi və işinin əlaqələndirilməsi;
  5. Satınalma prosedurlarının təkmilləşdirilməsi məqsədilə daxili qaydaların hazırlanmasında və yenilənməsində iştirak edilməsi;
  6. Departamentin funksiyaları daxilində şöbənin fəaliyyətinə aid digər tapşırıqların yerinə yetirilməsi.

 

Tələblər

 

  • Ali təhsil (iqtisadiyyat, hüquq və ya müvafiq ixtisas üzrə üstünlük verilir);
  • Satınalma və ya müvafiq sahədə ən azı 3-5 illik iş stajı;
  • Dövlət satınalmaları sahəsində iş təcrübəsi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununu və aidiyyəti normativ hüquqi aktları bilmək və praktik tətbiq etmək
  • E-tender portalında işləmək bacarığı
  • Satınalma prosedurlarının təşkili və idarə olunması üzrə biliklər
  • Müqavilələrin hazırlanması və müqavilələrin idarə olunması üzrə biliklər
  • Bazar araşdırması, qiymət təhlili və təchizatçı qiymətləndirməsi bacarığı
  • Azərbaycan dilini əla bilmək;
  • Xarici dil bilgisi (arzuolunandır);
  • Kompüter proqramlarında (Microsoft Office) işləmə bacarığı;
  • Komanda işini əlaqələndirmək və metodoloji dəstək göstərmək bacarığı.

 

 

Müraciət üçün daxil olun