Azər Türk Bank
Şirvan filialında satış məsləhətçisi
Vakansiya haqqında məlumat:
Təsvir
- Bankın təqdim etdiyi bütün növ bank məhsulu və göstərilən xidmət növləri barədə məlumatlı olmaq və bu barədə müştərilərə məlumatların verilməsi;
- Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq prosedurlar əsasında fiziki şəxslərə bank hesabları açmaq;
- Müştərilərə plastik kartların növü, şərtləri, istifadə qaydaları barədə məlumat vermək, bu məhsulları təklif etmək, sifarişləri qəbul etmək və icrasını təmin etmək;
- Müştəri tərəfindən gələn müraciətləri (telefon, elektron poçt və s. vasitələrlə) qəbul etmək və sualları cavablandırmaq;
- Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
- Bankın təklif etdiyi mәhsul və xidmətlərinə dair müştərilərin tәklif və iradlarını qəbul etmək, filial rəhbərinə çatdırmaq;
Tələblər
- Ali təhsil;
- Bankda müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl bilməsi (xarici dil biliyi arzuolunandır);
- Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);
- Vahid komandada işləmək qabiliyyəti;
- Analitik düşüncə və satış bacarığı;
- Müştəri yönümlülük və güclü ünsiyyət bacarığı.
Müraciət üçün daxil olun