Sığorta iddiaları deparmentində Assistans mərkəzinin assistenti | Banco.az

Sığorta iddiaları deparmentində Assistans mərkəzinin assistenti

Vakansiya haqqında məlumat: 

 

"PAŞA Sığorta” ASC namizədləri Sığorta iddiaları deparmentində Assistans mərkəzinin assistenti vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

  • Müştəri zənglərinin cavablandırılması və şirkətə müraciət edən müştərilərə lazımi dəstəyin göstərilməsi ilə keyfiyyətli xidmətin təqdim edilməsi;
  • Öz səlahiyyətləri çərçivəsində hadisələr üzrə müraciətlərin ilk zəngdən etibarən ətraflı məlumatlandırmaqla keyfiyyətli həll edilməsi;
  • Proqram təminatı ilə bağlı xəta baş verdikdə və problemli müştərilərlə qarşılaşdıqda birbaşa rəhbərinə yazılı məlumat verilməsi;
  • Müştərilər tərəfindən sığorta qanunvericiliyi ilə bağlı daxil olan bütün sualların cavablandırılması;
  • Proqram təminatında məlumatların müvafiq tələblərə uyğun olaraq dəqiq və tam şəkildə daxil edilməsi;
  • Gündəlik fəaliyyətinin şirkətin strategiyasına və korporativ dəyərlərinə uyğun şəkildə aparılması;
  • Gündəlik, həftəlik, aylıq, illik performansın dəyərləndirmə və monitorinq prosesi zamanı bildirilən geribildirimi qəbul edərək üzərində işləmək; 
  • Fəaliyyət zamanı aşkarlanmış boşluqları və şübhəli halları birbaşa rəhbərinə hesabat vermək;
  • Şöbənin fəaliyyətinin inkişafı və təkmilləşməsi məqsədi ilə birbaşa rəhbərinə yeni ideya və təkliflər irəli sürmək;
  • Birbaşa rəhbərin tapşırığı ilə digər işlərin yerinə yetirilməsi.

Namizədə tələblər:

  • Ali və ya peşə təhsili;
  • Müştəri xidmətləri sahəsində və ya sığorta sahəsində iş təcrübəsi üstünlükdür;
  • Azərbaycan və  Rus dilləri sərbəst bilikləri; İngilis dili biliyinə üstünlük verilir;
  • Microsoft Office bilikləri.

Bacarıqlar:

  • Ünsiyyətçilik;
  • Dəqiqlik;
  • Öz fikirlərini təmiz ifadə etmək bacarığı;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Analitik düşüncə tərzi;
  • Stressə davamlılıq.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV nizi [email protected] ünvanına göndərin.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Paşa Sığorta

Ən sərfəli krediti almaq üçün müraciət et