Şəxsi Köməkçi | Banco.az

Şəxsi Köməkçi

Vakansiya haqqında məlumat: 
Kateqoriya: İnşaat
İş növü: Tam iş günü (Full-time)
Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər
İş yeri: Azərbaycan / Bakı
Təhsil: Bakalavr
Dillər Səviyyə
Azərbaycan Ana dili
İngilis Əla
Rus Əla
İT bilikləri: Microsoft Office
Öhdəliklər:
  • Hesabatların, məktubların, məqalələrin və s. hazırlanması daxil olmaqla, direktora bütün inzibati köməkliyin göstərilməsi;
  • Səyahətlərin təşkili və viza işlərinin əlaqələndirilməsi, səyahət qrafiklərinin tərtib edilməsi;
  • Telefon zənglərinin, sorğuların və müraciətlərin qeydə alınması və lazım gəldikdə istifadə edilməsi;
  • İclasların və konfransların təşkil edilməsi və planlaşdırılması, iclasın protokolunun yazılması;
  • Qeydlər üçün jurnalın tutulması və görüşlərin təyin edilməsi;
  • İnzibati işlərin yüksək səviyyədə aparılması və lazım gəldikdə daxili və xarici sənədlərin hazırlanması üzrə təlimatların verilməsi;
  • Sənədlərin, qısa xülasələrin, hesabatların, təqdimatların və s. hazırlanması;
  • Sorğular və müraciətlərin müvafiq şəkildə idarə edilməsi.
Namizəddə tələblər:
  • Bakalavr dərəcəsi;
  • Həvəsli, güclü təşkilatçılıq/vaxtı idarəetmə bacarıqları və detallara fikir verməklə çoxsaylı tapşırıqları yerinə yetirmək qabiliyyəti;
  • Problemin təhlili və problemi həll etmə bacarıqları;
  • Mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Məlumatlarla məxfi şəkildə işləmək bacarığı;
  • Diqqətcil, məsuliyyətli, cəld, çalışqan;
  • İşə zirək və çevik yanaşma;
  • Gərgin şəraitdə işləmək və qoyulmuş müddətlərə əməl etmək qabiliyyəti;
  • Çoxsaylı tapşırıqları yerinə yetirmək və gündəlik iş yükünü sıralamaq qabiliyyəti.

 Müraciət üçün buraya daxil olun.

 

Şirkət: 
Gilan Holdinq

Ən sərfəli krediti almaq üçün müraciət et