Sənədli əməliyyatlar üzrə Menecer | Banco.az
Kapital Bank

Sənədli əməliyyatlar üzrə Menecer

Vakansiya haqqında məlumat: 

 

Sənədli əməliyyatlar üzrə Menecer

Ümumi məlumat

“Kapital Bank” ASC namizədləri “Agile” komandasına Sənədli əməliyyatlar üzrə Menecerolaraq qoşulmaq üçün müraciət etməyə dəvət edir.

Öhdəliklər

  • Bankın sənədli əməliyyatlar üzrə siyasətinin inkişafı layihələrinin həyata keçirilməsi;
  • Beynəlxalq maliyyə qurumları ilə əlaqələrin qurulması;
  • Bankın müştərilərinin xeyrinə qarantiyaların verilməsinə dair təkliflərin hazırlanmasına nəzarət;
  • Sənədli əməliyyatlar üzrə əqdlərin strukturlaşdırılması və sənədli əməliyyatların müşayiət olunması;
  • Bankın struktur bölmələri, eləcə də iri və orta biznes subyektləri ilə sənədli əməliyyatların inkişafı məsələləri üzrə qarşılıqlı fəaliyyətin həyata keçirilməsi;
  • Kredit və sənədli əməliyyatlar üzrə bazarda qüvvədə olan tarif və faiz dərəcələrinin müntəzəm monitorinqin keçirilməsi;
  • Sənədli əməliyyatlar üzrə, metodik, təlimat sənədlərin hazırlanmasında iştirak onların təsdiqi.
  • Müştərilərin ticarətin maliyyələşdirilməsi üzrə hansı alətlərə tələbatlarının olmasını müəyyənləşdirmək;
  • Ticarətin maliyyələşdirilməsinə dair əməliyyatlara baxılması və icra olunması üçün bankın müvafiq bölümlərinin koordinasiya olunması;
  • İxrac və idxal akkreditivləri, zəmanətləri üzrə beynəlxalq bank əməliyyatlarının keçirilməsini təmin etmək;
  • Müştərilərin bank zəmanətləri, akkreditivlər, sənədli kolleksiyalar və idxal sonrası maliyyələşdirmə sorğularının emal edilməsi;
  • Müştəri Menecelərə Ticarətin Maliyələşdirilməsi məhsullarının satışında dəstək olmaq;
  • KOS Skorinq modeli əsasında olan məsələləri ilə bağlı Müştəri Menecerlərə təlimin təqdim edilməsi.

Tələblər

  • Sənədli əməliyyatlar sahəsində iş təcrübəsi;
  • SWIFT  üzrə iş təcrübəsi;
  • Banklarda sənədli əməliyyatların verilmesi üzrə  prosedur biliklerinin olması;
  • Biznes bankçılığı və maliyyə təhlili üzrə təcrübə;
  • Operativ qərar vermə bacarığı;
  • Yüksək səviyyədə analitik bacarıqlar;
  • Yaxşı ünsiyyət və nitq bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və rus dili – yaxşı səviyyədə.

CV-lərinizi, mövzu hissəsində Sənədli əməliyyatlar üzrə Menecer” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et