Sənədləşmə işləri üzrə mütəxəssis | Banco.az
Bank Respublika

Sənədləşmə işləri üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Bank Respublika ASC İdarə Heyəti Sədrinin ofisinə Sənədləşmə işləri üzrə mütəxəssis vakansiyasını elan edir.

Ümumi vəzifə öhdəlikləri:                                                             

  • İdarə Heyəti və bankdaxili komitələrin iclaslarını təşkil etmək, zərurət yarandıqda iclaslarda katib kimi iştirak etmək;
  • İclaslarda qəbul olunan qərarların protokollaşdırılması və müvafiq struktur bölmələrə çatdırılmasını təmin etmək;
  • Bankdaxili əsas fəaliyyətlər üzrə əmrlər hazırlamaq.
  • Bankın xarici nümayəndələri ilə korporativ yazışma və şifahi danışıqların aparılması (İngilis dilində).

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Bank sektorunda bu və ya digər sahədə minimum 1 il iş təcrübəsinin olması arzuolunandır;
  • MS Office (Word, Excel, PowerPoint, Outlook) proqramları üzrə biliklər;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Operativlik, dəqiqlik və səliqəlilik;
  • Nəticəyönümlülük;
  • İşgüzar kommunikasiya qurmaq və yüksək icraçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 mart 2023-cü il tarixinədək emailin mövzu hissəsində Sənədləşmə işləri üzrə mütəxəssis qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et