Kapital Bank
Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis /baş mütəxəssis
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Filial şəbəkəsinin idarə edilməsi departamentində Şəbəkənin optimallaşdırılması və inkişafı şöbəsinə mütəxəssis/ aparıcı mütəxəssis /baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Bankdaxili və bankdan kənar məlumatlar bazasından istifadə edərək satış komandası üçün potensial müştəri bazasının formalaşdırılması;
- Satış trendlərinin departament, şöbə, qrup və işçi səviyyəsində izlənilməsi;
- Satışda effektivliyin artırılması istiqmətində müxtəlif analitik hesabatların təqdim edilməsi;
- Departamentin əməkdaşları üçün KPİ-ların təyin edilməsi, hədəflərin icrası ilə bağlı periodik hesabatların təqdim edilməsi və renkinqlərin hazırlanması;
- Aktivliyi azalmış müştəriləri müəyyən edərək “cross sale” və “up sale” istiqamətində hesabatların hazırlanması;
- İşçilərin motivasiya sistemi ilə bağlı təkliflərin hazırlanması və tətbiq edilməsi;
- CRM-in idarəedilməsi prosesinə nəzarət;
- Periodik hesabatların zamanında və dəqiq göndərilməsinə nəzarət;
- Cari işin optimallaşdırılması və avtomatlaşdırılması işini təmin etmək;
- Bazarda rəqiblər və tendensiyalar haqqında məlumatların toplanması, təhlil edilməsi və strateji qərarların qəbul olunması üçün təkliflərin hazırlanmasını təmin etmək.
Tələblər
- Bank sektoru üzrə ən azı 5 illik iş təcrübəsi (müvafiq sahə üzrə olması arzuolunandır);
- Minimum 2 il idarəetmə təcrübəsi;
- Data Analitika sahəsində iş təcrübəsi;
- Analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
- Məlumatlardakı nümunələri və anomaliyaları tanımaq və araşdırmalar əsasında nəticə çıxarmaq üçün kritik düşünmə bacarıqları;
- Mürəkkəb araşdırmalar və ideyaların məntiqini başa düşülən formada çatdırmaq üçün lazımi ünsiyyət bacarıqları;
- Liderlik bacarıqları;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək ( https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1911 ) və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!