Sayt Etibarlılığı üzrə Mühəndis (SEM) | Banco.az
PAŞA Bank

Sayt Etibarlılığı üzrə Mühəndis (SEM)

Vakansiya haqqında məlumat: 

 

“PAŞA Bank” ASC olaraq Sayt Etibarlılığı üzrə Mühəndis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• İlkin dövrdən dizayna kimi işə salma, əməliyyat və təkmilləşdirmə xidmətlərinin istənilən dövrünün inkişaf etdirilməsi;
• Təşkilat üçün kod standartlaşdırma və avtomatlaşdırma prosesinin yaradılması;,
• Xidmətlərin işə salınmasından öncə sistem dizayn konsaltinqi, proqram platformaları, çərçivələrin hazırlanması və həcm planlaması;
• İşə salmanın nəzərdən keçirilməsi vasitəsilə sistemlərin dəstəklənməsi;
• Xidmətləri işə saldıqdan sonra mövcudluğun, gecikmələrin, ümumi sistem vəziyyətinin ölçülməsi və izlənməsi yolu ilə dəstəklənməsi;
• Sistem davamlılığının avtomatik mexanizmlərlə ölçülməsi;
• Sistem etibarlılığını və sürətini artıran dəyişikliklərə töhfələrin verilməsi;
• Problemlərin səbəbini anlamaq üçün sistem və tətbiqetmə qeydlərinin analizi;
• Problemlərin təyini və onların aradan qaldırılması üsullarının istifadəçilərlə təsdiq edilib təyinatı üzrə həlli;
• Hadisə və xidmət tələblərinin ixtisaslaşdırılmış araşdırılması və diaqnostikasının təmin edilməsi;
• Mühüm problemlər haqqında Hadisə və ya Problemlər üzrə Menecerin məlumatlandırılması;
• Bankın daxili qayda və təlimatlarına, həmçinin Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-ə ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət;
• Hər hansı qəza, insident və təhlükəli hallar haqqında rəhbərə dərhal məlumat verilməsi;
• Bankın Təşkilati Risklərin İdarəedilməsi siyasətinə əməl edilməsi, iş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib aradan qaldırılması,
• Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatması,
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.

Sizdən nə tələb olunur?

Təhsil: Kompüter və ya əlaqəli texniki sahə üzrə Bakalavr təhsili
İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il
Xarici dillər: İngilis dili
Komputer bilikləri: C, C++, Java, Python or Go proqramlarından hər hansı biri və Linux OS family, Cloud (IaaS, PaaS, SaaS), Kubernetes, Docker, Ansible, Terraform, CircleCi, Jenkins üzrə təcrübə
Məhsul bilikləri: Alqoritmlər, məlumat quruluşları, mürəkkəblik təhlili və proqram dizaynı üzrə təcrübə
Kodun nizamlanması,optimallaşdırılması və gündəlik tapşırıqların avtomatlaşdırılması bacarığı
Bazar üzrə biliklər: SRE və DevOps trendləri
Digər: Komandada iş, güclü ünsiyyət vəproblemləri həll etmək bacarığı
Üstünlük verilir: Java OCA və OCP üzrə sertifikatlar

Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi recruitment@pashabank.az ünvanına başlıqda “Sayt Etibarlılığı üzrə Mühəndis” qeyd edərək göndərməyiniz xahiş olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et