Satınalmalar üzrə Mütəxəssis (Bakı) | Banco.az

Satınalmalar üzrə Mütəxəssis (Bakı)

Vakansiya haqqında məlumat: 

 

Satınalmalar üzrə Mütəxəssis (Bakı)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Bakı şəhərində yerləşən Baş Ofisi üçün Satınalmalar üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

- Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması;
- Bazar araşdırılmasının aparılması, yeni tədarükçülərin tapılması;
- Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərin nəzarətdə saxlanılması;
- Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi;
- Malların müəyyən edilmiş prosedur üzrə təhvil-təsliminə nəzarət edilməsi;

- Xarici ve daxili bütün satınalmalara nəzarət edilməsi; 

- Satınalma ilə bağlı hesabat, təqdimat, müqavilə və s. sənədlərin hazırlanması; 

-Tədarükçülərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi. 

- Sahə üzrə digər tapşırıqların həyata keçirilməsi;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil (iqtisadi sahədə olanlara üstünlük verilir); 
  • Yaşayış yeri: Bakı şəhəri;
  • Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi.
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları; 
  • Marketinq, reklam məhsulları və yerləşdirmələr üzrə iş təcrübəsinin olması arzuolunandır; 
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Satınalmalar üzrə Mütəxəssis) qeyd etməklə göndərmələri xahiş olunur.

Şirkət: 
KredAqro

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç