Satınalma Şöbəsində Mütəxəssis / Aparıcı mütəxəssis | Banco.az
Kapital Bank

Satınalma Şöbəsində Mütəxəssis / Aparıcı mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri İnzibati İdarəetmə Departamentinin Satınalma Şöbəsində Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • “Bankın” ehtiyacları üçün zəruri olan malların, işlərin (xidmətlərin) satın alınması ilə bağlı tender və sorğuların keçirilməsi;
  • Tenderin Əsas Şərtlər Toplusunun, kotirovka sorğusunun və təkliflər sorğusunun bankın satınalma təlimatına uyğun olaraq tərtib olunması zamanı satınalma predmetinə aid texniki şərtləri aidiyyəti şöbələrdən əldə etmək və onları müvafiq şərtlər toplusuna daxil etmək;
  • Bankda Tender və Kotirovka prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • İlkin sənədlərin ekspertizasının aparılması;
  • Tender və Kotirovka iştirakçılarının müəyyənləşdirilməsi və təkliflərin təhlil edilməsi;
  • Tender və Kotirovkaların statusu barədə hesabatların hazırlanması;
  • Müqavilələr üzrə danışıqların aparılması;
  • Tender və Kotirovka protokollarının hazırlanması;
  • Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.
  • Alış sifarişlərini, müqavilələri, düzəlişləri hazırlamaq, gündəlik sənədləşmə işlərini həyata keçirmək;

Tələblər

  • Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  •  İngilis və Rus dillərini bilməlidir;
  •  Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməlidir;
  •  Satınalma Sənədlər toplusunun hazırlanma qaydalarını bilməlidir;
  •  Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır;
  •  Komandada işləmək bacarığına sahib olmalıdır;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et