Vakansiya haqqında məlumat:
“PAŞA Sığorta” ASC namizədləri Risklərin monitorinqi və araşdırılması üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və öhdəliklər:
- Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
- Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirmək və pozuntular barədə dərhal məlumat vermək;
- Risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi;
- Risk skorinq modellərinin hazırlanmasında iştirak etmək;
- Əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə Cəmiyyətin digər departamentlərindən, elektron informasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək;
- İnsidentlərin idarəolunması sistemi çərçivəsində bildirilmiş insidentləri təhlil etmək, risklərin aradan qaldırılması üçün təkliflər vermək;
Tələblər:
- İqtisadi sahədə ali təhsil (Statistika və Riyazi maliyyəyə üstünlük verilir);
- Rus və İngilis dilləri arzu olunandır;
- Yaxşı səviyyədə Microsoft Office proqramları;
Bacarıqlar
- Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.
- Təqdimat bacarıqları;
- Komanda daxilində işləmək bacarığı;
- Stresə davamlılıq;
- Təşəbbüskarlıq;
- Məqsədyönlülük;
- Emosional stabillik və məsuliyyətlilik.
- Mükəmməl şifahi və yazılı ünsiyyət;
- Məntiqi və analitik düşüncə;
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Bizi sosial şəbəkələrdən izləyin!!
Şirkət:
Paşa Sığorta