Risklərin İdarə Edilməsi İdarəsinin Risk metodologiyası və hesabatlılıq şöbəsinin mütəxəssisi | Banco.az
Xalq Bank

Risklərin İdarə Edilməsi İdarəsinin Risk metodologiyası və hesabatlılıq şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Risklərin İdarəedilməsi İdarəsi

Vəzifə: Risklərin İdarə Edilməsi İdarəsinin Risk metodologiyası və hesabatlılıq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • İqtisadiyyat, maliyyə və riyaziyyat üzrə ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilə bilər);
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
  • Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
  • Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər.

İŞİN TƏSVİRİ:

  • Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
  • Bankın məhsul və xidmətlərinin təhlili;
  • Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
  • Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
  • Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatlar hazırlayır.

Qeyd:  Tələblərə uyğun olmayan və mail-də "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, Xalq Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail:   cv@xalqbank.az

Telefon:  (012) 404 43 39

Faks:      (012) 404 43 34

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et