Rabitəbank
Risklərin idarə edilməsi departamentinin direktoru
Vakansiya haqqında məlumat:
"Rabitabank" ASC Risklərin idarə edilməsi departamentinin direktoru vakansiyası üzrə işə qəbul elan edir
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Risklərin İdarə Edilməsi Departamentinin Direktoru
Vəzifələri:
- Risklərin İdarə Edilməsi üzrə bankın bütün siyasət, qayda və prosedurlarının daim işlək vəziyyətdə olmasına nəzarət etmək;
- Gələcəkdə qarşısını almaq məqsədi ilə system səhvlərinin öyrənilməsini həyata keçirmək;
- Risklərin idarə edilməsinə dair təklifləri Risklərin İdarə Edilməsi Komitəsinin iclasına müzakirəyə təqdim etmək;
- Kredit portfelinin keyfiyyətini əks etdirən hesabatlar sisteminin işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Kreditlər üzrə həyata keçirilən Monitorinqlərin yekunlarına əsasən Monitorinq Komissiyasının protokolu şəklində tədbirlər barədə təkliflər vermək;
- "Stress testlərin" həyata keçirilməsini təmin etmək;
- Kredit portfelinin diversifikasiyası barədə təkliflər vermək;
- Kredit portfeli üzrə yaradılmalı ehtiyatlar barədə hesabat təqdim etmək;
- Əməliyyat Risk xəritələrinin yaradılması və daim yenilənməsini təmin etmək;
- Baş vermis Riskli proseslərin və halların hesabatını mütəmadi İdarə Heyətinə göndərmək;
- Xəzinədarlıq departamenti tərəfindən tərtib olunan aktiv və passivlərin müddətlər üzrə təhlilini (GAP) və likvid vəsaitlərin artıqlığının və ya çatışmazlığının proqnazlaşdırılması barəsində hesabatlamaq. Bazar risklərinin idarə edilməsi;
- Yeni kredit məhsullarının yaradılmasında iştirak betmək və rəy vermək;
- Bank proqramının təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Tabeçiliyində olan əməkdaşların qiymətləndirilməsini həyata keçirmək, onların bilik və bacarıqlarının artırılması üçün lazımi səylər göstərmək (workshop-ları, təlimləri və müvafiq görüşləri təşkil etmək və s.);
- Özünün çalışdığıı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədləri (qayda, təlimatlar, siyasətlər və s.) bilmək və onlara riayət etmək;
Vəzifəyə olan tələblər:
- Ali təhsil (İqtisadiyyat və biznesin idarə olunması sahəsi üzrə arzu olunandır)
- Bankın risk və ya buna oxşar sahələrində azı 5 il iş təcrübəsi, rəhbər olaraq azı 2 il iş təcrübəsi;
- Analitik düşüncə;
- Yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti;
- Komanda yaratmaq və komandada işləmək bacarığı;
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı;
- Operativ və düşgün qərar vermək bacarığı;
- Təşəbbüskarlıq;
- Stressədavamlılıq;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Risklərin İdarə Edilməsi Departamentinin Direktoru göstərməyiniz xahiş olunur.