Risklərin idarə edilməsi departamenti, Kreditlərin Anderraytinqi və Monitorinqi şöbəsinin aparıcı mütəxəssis/baş mütəxəssisi/ /şöbə rəhbəri )
Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti, Kreditlərin Anderraytinqi və Monitorinqi şöbəsinin aparıcı mütəxəssis/baş mütəxəssisi/ /şöbə rəhbəri vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Kreditlərin Anderraytinqi və Monitorinqi şöbəsinin aparıcı mütəxəssis/baş mütəxəssisi/ /şöbə rəhbəri
İş barədə məlumat:
- Satış bölməsi tərəfindən təqdim olunan kredit müraciətləri və limitlər üzrə anderraytinqin aparılması, kredit risklərinin qiymətləndirilməsi;
- Borcalanların maliyyə vəziyyətinin və kredit öhdəliklərini icra etmə qabiliyyətinin təhlili, kredit risk reytinqlərinin və defolt ehtimalının hesablanması;
- Bankın kredit siyasəti, daxili prosedurlar və Risk iştahası çərçivəsində kreditlər üzrə əsaslandırılmış ekspert rəyinin verilməsi və məsuliyyətin daşınması;
- Müsbət rəy verilmiş kreditlərin icrasına nəzarət edilməsi, erkən xəbərdarlıq siqnalları (EWS) əsasında risklərin qiymətləndirilməsi;
- Verilmiş kreditlər üzrə monitorinqin aparılması, filial monitorinqlərinin təhlili və zərurət olduqda kameral monitorinqlərin keçirilməsi;
- Aparılmış monitorinqlər üzrə hesabatların hazırlanması və risklərin azaldılması ilə bağlı təkliflərin verilməsi;
- Kreditlərin monitorinqi və anderraytinqi üzrə daxili qayda və prosedurların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Kredit mütəxəssislərinə metodoloji dəstəyin göstərilməsi və təlimlərin keçirilməsi;
- Müvafiq komitə və idarəetmə orqanları üçün kredit müraciətləri üzrə rəyin təqdim edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların icrası.
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- Sahə üzrə azı 5 il, biznes kreditlərinin anderraytinqi üzrə azı 2 il iş təcrübəsi;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Kollektivdə ünsiyyət qurmaq və idarəetmə bacarığı;
- Yüksək məsuliyyət hissi;
- Analitik düşüncə;
- Bankın əməkdaşlarına və müştərilərə loyal yanaşma;
- Səlis Azərbaycan dili biliyi, rus və ingilis dili arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin idarə edilməsi departamenti, Kreditlərin Anderraytinqi və Monitorinqi şöbəsinin aparıcı mütəxəssis/baş mütəxəssisi/ /şöbə rəhbəri ) göstərməyiniz xahiş olunur.
