Expressbank
Risklərin idarə edilməsi Departamenti/ Bank risklərinin təhlili şöbəsi, mütəxəssis
Vakansiya haqqında məlumat:
Tələblər:
- Ali təhsil;
- Əməliyyat sahəsi üzrə ən azı 2 il təcrübə;
- Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi aktları bilməsi;
- Korporativ və işgüzar yazışmaların aparılması bacarığı;
- Ünsiyyətqurma bacarıqları;
- Komandada və fərdi şəkildə işləmək bacarığı;
- Dəqiqlik, şəffaflığa bağlılıq;
- Analitik və məntiqi düşünmə qabiliyyəti;
- Yüksək qavrama bacarığı və detallara fikir vermə qabiliyyəti;
- Operativlik, işə yüksək enerji və həvəslə yanaşmaq, pozitivlik.
Şəhərlər:
Bakı
Vəzifə öhdəlikləri:
- Potensial əməliyyat risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi;
- Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər verir və bu istiqamətdə həyata keçirilən tədbirlərdə iştirak edir;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
- Filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi;
- Müəyyən edilmiş riskləri azaltmaq üçün tədbirlər planını hazırlamaq, müvafiq strukturlarla müzakirə edərək icrasını davam etdirmək;
- Bank riskləri üzrə risk xəritəsini yaradılması və davamlı nəzarət prosesinin həyata keçirilməsi;
- Bankda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə filial və baş ofis struktur bölmələrində maarifləndirmə işlərinin həyata keçirilməsi;
- Daxili hesabatların hazırlanması.
Tələblərə uyğun olan namizədlər linkə keçid edərək müraciət edə bilərlər.
Bizi sosial şəbəkələrdən izləyin!!