Risk Menecmenti Departamentinin Maliyyə riskləri bölməsində Bölmə Rəhbəri | Banco.az
Azər Türk Bank

Risk Menecmenti Departamentinin Maliyyə riskləri bölməsində Bölmə Rəhbəri

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
  • Bütün kredit məhsul seqmentləri üçün qiymətləndirmə modellərinin işlənilməsi və daim yenilənməsi;
  • Aylıq əsasda IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyatların yaradılması və modelin daimi yenilənməsi;
  • MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
  • Kredit riski limitlərinin hesablanması və prosedura uyğun olaraq tövsiyələrin verilməsi;
  • Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsi və risk imkanlarının səviyyəsinin artırılması;
  • Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Statistik modellərin hazırlanması və mövcud kredit risklərini qiymətləndirən modellərin yenilənməsi;
  • Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi;
  • Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların daim yenilənməsi, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
  • Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
  • Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması;
  • Kredit portfelinin idarə edilməsi üzrə məsləhətlərin verilməsi üçün məlumatın analizi və izah edilməsi;
  • Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi;
  • Skorinq və reytinq modellərinin qurulmasında və tətbiqində iştirak edilməsi;

Tələblər

  • Risk və maliyyə hesabatlığının təhlili bacarığı;
  • Statistik və Ekonometrik təhlili bacarığı;
  • Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
  • Peşəkar sertifikatlar arzuolunandır (FRM,ACCA,CFA);
  • Əməliyyat, bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə 3-5 illik iş təcrübəsi;
  • Analitik bacarıqlar və məlumat bazası (Python) və SQL ilə işləmək bacarığı;
  • Microsoft Office ailəsinə daxil olan proqramlar (Xüsusən Excel, PowerPoint və Power BI) – yaxşı səviyyədə bilmək;
  • İngilis dili orta səviyyədə, rus dili arzu olunandır;
  • Namizədin aşağıdakı ixtisaslar üzrə bakalavr və ya magistr pilləsi üzrə təhsilinin olması arzuolunandır:
  • Maliyyə / Mühasibatlıq;
  • Risklərin idarə edilməsi;
  • Mexanika – Riyaziyyat.

 

Müraciət üçün daxil olun

Ən sərfəli krediti almaq üçün müraciət et