Risk Departamentinə Təcrübəçi | Banco.az

Risk Departamentinə Təcrübəçi

Vakansiya haqqında məlumat: 

DəmirBank ASC Risk Departamentinə təcrübəçi qəbulu elan edir.

27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

• Bankın kredit riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək;
• Bankda müxtəlif risk sahələri üzrə kredit limitlərinin təyin edilməsi və təsdiqlənmiş limitlərə nəzarət edilməsində iştirak etmək;
• Kredit sahəsində aşkar edilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması barədə öz təkliflərini vermək;
• Risklərin idarə edilməsi üzrə yeni alətlərin və metodların tətbiqi barədə təkliflər vermək;
• Departamentin işinə aid prosedur, təlimat və qaydaların hazırlanmasında iştirak etmək;
• Bankda kredit riskinin azaldılması məqsədilə müvafiq kredit əməliyyatlarını təhlil edərək öz rəyini bildirmək.

Namizədə qarşı tələblər:

• İqtisadiyyat və idarəetmə sahəsində ali təhsil;
• Yüksək riyazi və statistik biliklərə sahib olmaq;
• İngilis dilini yaxşı səviyyədə bilmək (rus dilini bilənlərə üstünlük verilir);
• Microsoft Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına sahib olmaq (SQL və VBA bilənlərə üstünlük verilir);
• Araşdırma və analiz qabiliyyətinə malik olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 mart 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risk Departamentinə təcrübəçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən sərfəli krediti almaq üçün müraciət et