Expressbank
Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Vakansiya haqqında məlumat:
Təsvir
- Bankın rəqəmsal həlləri üçün yeni layihələr hazırlamaq və təşkilinə dair təkliflər irəli sürmək;
- Ölkədaxili və ölkəxarici Bankların Rəqəmsal məhsullarını müşahidə etmək və araşdırmalar aparmaq;
- Yeni Rəqəmsal məhsulların yaradılması və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Bankın mövcud rəqəmsal məhsullarını təhlil etmək, effektivliyini ölçmək və hesabatlar hazırlamaq;
- Rəqəmsal məhsullar üçün texniki tapşırıqlar və sənədlər hazırlamaq.
Tələblər
- APİ dokumentasiya ilə işləmək bacarığı;
- Excel, SQL, Power Bİ üzrə biliklər;
- Rus dili, ingilis dili arzu olunandır;
- Mobil tətbiq və internet bankçılıq sahələri üzrə layihələrdə iştirak;
- Agile metodologiyası üzrə biliklər;
- Komandada işləmək bacarığı.
Sosial imtiyazlar
Bizim üstünlüklərimiz: Tibbi sığorta; Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı.
Müraciət üçün daxil olun