Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis | Banco.az

Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin İdarəedilməsi departamentində Rəqəmsal marketinq üzrə aparıcı/baş mütəxəssis” vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə “Digital Marketing” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Bankın bütün rəqəmsal marketinq layihələrinin və onların büdcələrinin planlaşdırılması və icrası;
  • Onlayn kanallar vasitəsilə (sosial şəbəkələr, onlayn reklam platformaları və s.) bankın imicinin artırılması və rəqəmsal satış planları üzrə hədəflərə çatmasını təmin etmək;
  • Bankın rəqəmsal marketinq layihələri ilə bağlı digər struktur bölmələr və vendor şirkətlərlə qarşılıqlı əməkdaşlıq;
  • Mütəmadi rəqəmsal kanallar üzrə testlərin edilməsi, kampaniyaların analizi və effektivliklərinin ölçülməsi (ROI və KPI-lar) ;
  • Onlayn analitika platformaları ilə işləmək, onların əsasında optimallaşdırılma apararaq düzgün rəqəmsal müştəri səyahətlərinin qurulması;
  • Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi.

Tələblər:

  • Bankın dəyərlərinə uyğun işlərin təşkili;
  • Rəqəmsal marketinqi sevmək;
  • Bu sahədə minimum 3 il iş təcrübəsi;
  • Yaradıcı və analitik düşüncə tərzi;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Dəqiqlik və operativlik;
  • Böyük həcmli və çoxkanallı rəqəmsal kampaniyaları idarəetmə təcrübəsi.


Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Yelo bank

Ən sərfəli krediti almaq üçün müraciət et