Rəqəmsal Frodun İdarəedilməsi üzrə Mütəxəssis/Baş mütəxəssis | Banco.az
PAŞA Bank

Rəqəmsal Frodun İdarəedilməsi üzrə Mütəxəssis/Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

"PAŞA Bank" ASC Rəqəmsal Frodun İdarəedilməsi üzrə Mütəxəssis/Baş mütəxəssis vakansiyasını elan edir.

Əsas vəzifə öhdəlikləri:

• Rəqəmsal kanallarda müəyyən etmə və qarşı alma mexanizmlərini yaratmaq üçün lazımi ölçülər götürmək
• Daxili siyasət və proseduraların hazırlanmasına və nəzərdən keçirilməsinə məsul olmaq
• Məhsulun təhlükəsizliyini təmin etmək- hazırlanma mərhələsindən öncə zəiflikləri müəyyən etmək üçün yeni məhsullar, kampaniyalar və xidmətin analizini aparmaq
• Frod riskini vurğulayaraq və onun təsirinin azaldılması planını tövsiyə edərək biznesə töhvə vermək
• Mümkün ola biləcək frod itkilərini azaltmaq və ya aradan qaldırmaq üçün müəyyənedici və qarşısını alan kontrollar tədbiq etmək
• Frod qayda və ssenarilərini hazırlamaq
• Qaydaların idarə edilməsi
• Frod risk qiymətləndirmələrini aparmaq
• Frod və verilənlərin analizi
• Məlumat xarakterli fəaliyyətlər aparmaq
• İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
• Tələb olunan iş təcrübəsi: Bankçılıq və ya digər əlaqəli sahə üzrə minimum 1, Frod idarəedilməsi sahəsində 1-4 il iş təcrübəsi
• Xarici dillər: İngilis (yaxşı)
• Kompüter bilikləri: Verilənlərin analizi alətləri, əla Excel biliyi, link analiz alətləri, əsas bankçılıq sistemləri, kart tədbiqləri, kibertəhlükəsizlik sistemləri üzrə bilik, frod idarə edilməsi sistemləri
• Məhsul üzrə biliklər: Kart məhsulları, digər bank məhsulları,qlobal ödəniş təchizat məhsulları, xidmətləri, qaydaları

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 30.06.2021-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Rəqəmsal Frodun İdarəedilməsi üzrə mütəxəssis/baş mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et