Rəqəmsal əməliyyatlara nəzarət bölməsinin aparıcı mütəxəssisi / baş mütəxəssis | Banco.az
Kapital Bank

Rəqəmsal əməliyyatlara nəzarət bölməsinin aparıcı mütəxəssisi / baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Nəzarət departamentinin Rəqəmsal əməliyyatlara nəzarət bölməsinin aparıcı mütəxəssisi / baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

  • Bankda kart əməliyyatları və ödəniş kanlları üzrə təhlükəsizliyi təmin edən vasitələr haqda məlumatların təhlilini aparmaq, mövcud qüsur və nöqsanların aradan qaldırılması, həmçinin bölmənin işinin təkmilləşdirilməsi üçün rəhbərlik qarşısında təkliflərlə çıxış etmək.
  • Bankın ödəniş kartları və ödəniş terminalları şəbəkəsi üzrə aparılan əməliyatların monitorinqi.
  • Təsvir olunmuş reqlamentlərə müvafiq olaraq kart və ödəniş terminalları şəbəkəsi üzrə dələduzluq hallarına vaxtında reaksiya verilməsinin təmin edilməsi.
  • Ödəniş kartlarının məlumatlarının komprometasiyasına aid olunması haqqında qərarın qəbul edilməsi.
  • Dələduzluq hallarının vaxtında aşkarlanması və onların gələcəkdə təsirini minimallaşdırma tədbirlərinin görülməsi.
  • MasterCard, Visa beynəlxalq ödəniş sistemlərin portallarında (Fraud Management) bloklanmış kartların bloklanma səbəbinin araşdırılması və dələduzluq halları aşkar olunmadığı halda kartların aktivləşdirilməsi.
  • Dələduzluq hallarına reaksiya verilməsi reqlamentinə yenidən baxılması və onun aktual vəziyyətdə saxlanması.
  • Dələduzluq hallarının mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması və analizi
  • Kritik dələduzluq və qeyri-standart hallar baş verdiyi zaman birbaşa rəhbərin dərhal məlumatlandırılması

Tələblər

  • Ali iqtisadi təhsil;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • Məsuliyyətli, detallara diqqətli;
  • Komunikasiya bacariqi yüksək;
  • Gərgin iş qrafikində işləmək bacarığı.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et