Rəqəmsal bankçılıq şöbəsi / Analitik | Banco.az
Expressbank

Rəqəmsal bankçılıq şöbəsi / Analitik

Vakansiya haqqında məlumat: 

 

Rəqəmsal bankçılıq şöbəsi / Analitik

Namizədə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı (İngilis dili arzuolunandır);

Vəzifə öhdəlikləri:

  • Biznes proseslər üzrə xəritənin və blok-sxemlərin hazırlanması;
  • Biznes proseslərin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
  • Yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
  • Biznes proseslərin daimi təkmilləşdirilməsi üzrə texniki tapşırıqların hazırlanması;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi;
  • Proseslər üzrə daxili nəzarət sistemlərinin inkişaf etdirilməsi;
  • Bankın mobil bankinq layihəsində sistemə aid tələblərin formalaşmasında müvafiq departamenti, eləcə də programçılar ilə birlikdə iştirak və nəzarət;
  • Biznes proseslərinin və alqoritmlərin rəsmiləşdirilməsi;
  • Sistemə aid funksional və texniki tələblərin yazılması, programçılar üçün hədəflərin qoyulması;
  • Programçılar komandası və biznes komandası arasında koordinasiya və informasiya dəstəyi;
  • Sistem təminatının testləşdirilməsi və qəbulu;
  • Sistem təminatı üzrə təlimatın hazırlanması;

 

Göstərilən tələblərə cavab verən namizədlərdən Express bankın CV formasını dolduraraq göndərmələri xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et