Rəqəmsal Bankçılığa dəstək şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis | Banco.az
Rabitəbank

Rəqəmsal Bankçılığa dəstək şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Rabitəbank” ASC Hesablaşmalar departamentinin, Rəqəmsal Bankçılığa dəstək şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis vakansiyası üzrə  işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri

  • Sistemlər (SWIFT, AZİPS və XÖHKS) üzrə Banka daxil olan hər bir ödəniş tapşırığının yoxlanılması və bank proqramına daxil edilməsi;
  • İnternet Bankçılıq vasitəsi ilə tərtib olunmuş ödəniş tapşırıqlarının təlimatlara uyğun olaraq yoxlanılmasının, icra edilməsinin (Bankdaxili, Ölkədaxili, Any ödənişləri) təmin edilməsini;
  • İnternet Bankçılıq vasitəsi ilə daxil olan SWIFT köçürmələr üzrə sənədlərin yoxlanılmasını, ödənişin SWIFT standartlarına uyğun hazırlanmasının təmin edilməsini;
  • İnternet Bankçılıq vasitəsi ilə edilən əmək haqqı köçürmələrinin icra edilməsinin təmin edilməsini;
  • İnternet Bankçılıq vasitəsi ilə edilən (Ölkədaxili, Bankdaxili) köçürmələr üzrə yoxlanılması , icra edilməsini;
  • Mobile və İnternet Bankçılıq ödənişlərinin yoxlanılmasının təmin edilməsini;
  • İnkasso tapşırıqlarının yoxlanılması və icrasinın təmin edilməsini;

Namizədə olan tələblər:

  • Ali iqtisadi təhsil;
  • Bank sistemində 2 il iş təcrübəsi;
  • Analitik düşüncə;
  • Komandada işləmək bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • Təşəbbüskarlılıq və yeni ideyalara malik olması;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07.06.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına, mövzu hissəsində  “Rəqəmsal Bankçılığa dəstək şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis” yazaraq göndərə bilərlər.

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et