Reklam və Marketinq şöbəsi/müdir | Banco.az
Expressbank

Reklam və Marketinq şöbəsi/müdir

Vakansiya haqqında məlumat: 

 

Reklam və Marketinq şöbəsi/müdir

Təsvir

  • Bankın Reklam, PR və Brend siyasətinin prinsiplərinə uyğun olaraq işin qurulması;
  • Reklam işinin operativ, ardıcıl və effektiv təşkili üçün media planın hazırlanmasında iştirak;
  • Yeni məhsulların və xidmətllərin tətbiqi prosesində yaxından iştirak edərək, onlarla bağlı reklam kampaniyalarının həyata keçirilməsi;
  • Bankın ictimaiyyətlə əlaqələrini tənzimləmək, məhsul və xidmətlər barəsində məlumatların media vasitələrinə ötürülməsinin təmin edilməsi;
  • Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə əlaqələrin qurulması;
  • Reklam büdcəsinin işlənib hazırlanmasında iştirak;
  • Reklam kampaniyalarının həyata keçirilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və İdarə Heyətinə təqdim edilməsi;
  • Rəqiblər, cari və potensial müştərilər haqqında məlumatların toplanması, araşdırılması və təhlilinin aparılmasının təmin edilməsi.

Əlavə məlumatlar:

  • İş vaxtı: 09:00-18:00
  • İş qrafiki - 5gün
  • Əmək haqqı razılaşma əsasında.

Bizim üstünlüklərimiz:

  • Tibbi sığorta;
  • Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı.

Tələblər

  • Ali təhsil;
  • Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq bacarığı;
  • Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
  • Kreativlik;
  • Ünsiyyət qurmaq bacarığı;
  • İşində məsuliyyətlilik.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et