Yelo Bank
Reklam və Marketinq şöbəsi/Merçandayzer
Vakansiya haqqında məlumat:
- Bütün filiallarda tətbiq edilmiş çap materialları və digər reklam ləvazimatlarının düzgün yerləşdirilməsinin, istifadə edilməsinin təmin edilməsi və monitorinqinin aparılması;
- Bakı və region filialları daxil olmaqla, Banka məxsus bütün reklam lövhələrinin monitorinqi;
- ATM və ödəniş terminallarının, xidmət şəbəkəsinin eksteryerinin və s. mövcud marketinq siyasəti, brend kitabı və korporativ üslubun tələblərinə uyğunluğuna nəzarət;
- Quraşdırılan reklam avadanlıqlarının düzgünlüyünə nəzarət;
- Filiallarda görülmüş merçandayzinq işlərinin təhlili və aşkarlanan boşluqları aradan qaldırmaq, bu istiqamətdə təkliflərin verilməsi;
- Digər struktur bölmələri/kənar şirkətlər ilə koordinasiyalı şəkildə işin aparılması;
- Keçirilən tədbir və layihələrdə iştirak;
- Mütəmadi olaraq müəyyən olunmuş qaydada fəaliyyət haqqında hesabatın hazırlanması.
Tələblər
- Ali təhsil;
- Marketinq və merçandayzinq üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Ünsiyyət bacarığı və məsuliyyətlilik.
Müraciət üçün daxil olun