Regionlar üzrə kredit supervayzer | Banco.az
Rabitəbank

Regionlar üzrə kredit supervayzer

Vakansiya haqqında məlumat: 

Regionlar üzrə kredit supervayzer
 
Əsas vəzifələr:

  • Tabeçiliyində olan kredit mütəxəssislərinin etdikləri biznes təhlillərinin yoxlanılması
  • Kredit işçilərinin müstəqil təhlil etmək bacarığına malik olana qədər və həmçinin ehtiyac duyulduğu bütün hallarda müştərilərlə görüşlərin təşkil edilməsi
  • Yeni işə götürülmüş kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin  öyrədilməsi (əsasən regional filiallarının işçiləri)
  • Satış prosesinin təkmilləşdirilməsi ücün təkliflərin verilməsi

Əsas tələblər:

  • Ali təhsil
  • Ən azı 2 il bank və ya qeyri-bank təşkilatında kreditlərin verilməsi üzrə təcrübə
  • Kreditlərin təhlili və təcrübəsiz işçilərin öyrədilməsi sahəsində iş təcrübəsi
  • Riyazi bilik
  • Analitik düşüncə tərzi
  • Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlılıq

 
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasınıdolduraraq müraciət etmələri xahiş olunur.