Rabitəbank
Regional supervayzer
Vakansiya haqqında məlumat:
Vəzifə: Regional supervayzer
Əsas vəzifələr:
- Kredit mütəxəssisləri tərəfindən aparılan biznes təhlillərinyoxlanılması
- Filiallar tərəfindən təqdim olunmuş hesabatların təhlili və yekunlaşdırılması
- Ehtiyac olduqda, kredit işçilərini istiqamətləndirmək məqsədilə və digər hallarda müştəri ziyarətlərinin həyata keçirilməsi
- Kredit mütəxəssislərinə , o cümlədən regional filialların işçilərinə, kredit işinin nəzəri və praktiki biliklərin aşılanması məqsədilə orientasiya proqramlarının təşkili və həyata keçirilməsi
- Satış prosesinin təkmilləşdirilməsi ücün təkliflərin hazırlanması
- Filiallarda kredit işçilərinin fəaliyyətinə, nəzərdə tutulan və verilmiş kreditlərinə nəzarət
- Hesabatlardan irəli gələn müvafiq tədbirlərin icrasının təmin edilməsi
Əsas tələblər:
- Ali təhsil (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
- Bank və ya qeyri-bank kredit təşkilatlarında kreditləşmə sahəsində ən azı 3 il iş təcrübəsi
- İqdisadi və biznes təhlilləri aparmaq qabiliyyəti
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
- Idarəetmə və kollektivlə işləmək qabiliyyəti
- Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.