Regional supervayzer | Banco.az
Rabitəbank

Regional supervayzer

Vakansiya haqqında məlumat: 

Regional  supervayzer

Əsas vəzifələr:

• Kredit mütəxəssisləri tərəfindən aparılan  biznes təhlillərinyoxlanılması  
• Filiallar tərəfindən təqdim olunmuş  hesabatların təhlili və yekunlaşdırılması 
• Ehtiyac olduqda, kredit işçilərini istiqamətləndirmək məqsədilə və digər hallarda  müştəri ziyarətlərinin həyata keçirilməsi 
• Kredit mütəxəssislərinə , o cümlədən regional filialların işçilərinə,  kredit işinin nəzəri və praktiki biliklərin aşılanması məqsədilə  orientasiya proqramlarının təşkili və həyata keçirilməsi
• Satış prosesinin təkmilləşdirilməsi ücün təkliflərin hazırlanması 
• Filiallarda kredit işçilərinin fəaliyyətinə, nəzərdə tutulan və verilmiş kreditlərinə nəzarət
• Hesabatlardan  irəli gələn müvafiq  tədbirlərin icrasının təmin edilməsi 

Əsas  tələblər:

• Ali təhsil (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
• Bank və ya  qeyri-bank kredit təşkilatlarında kreditləşmə sahəsində ən azı 3 il iş təcrübəsi 
• İqdisadi və biznes təhlilləri aparmaq qabiliyyəti
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• İdarəetmə və kollektivlə işləmək qabiliyyəti;
• Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;

Qeyd:  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Regional supervayzer) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır. 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.