“Rabitəbank” ASC Maliyyə Monitorinq şöbəsinə Aparıcı/Baş mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edir | Banco.az
Rabitəbank

“Rabitəbank” ASC Maliyyə Monitorinq şöbəsinə Aparıcı/Baş mütəxəssis vəzifəsi üzrə işə qəbul elan edir

Vakansiya haqqında məlumat: 

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri: 

Müştərilərlə aparılan əməliyyatlar zamanı cinayət və qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasının vaxtında qarşısının almaq və aparılan bank əməliyyatları üzərində səmərəli nəzarət mexanizmini həyata keçirtmək;

  • Bankın ƏL/TM qаrşı sahəsində siyasətinin həyata keçirilməsi üçün planların tərtib edilməsi və icrası;
  • Bank tərəfindən həyata keçirilən əməliyyatların gündəlik monitorinqini aparmaq, cari, şübhəli və digər tələb olunan əməliyyatlar barədə müvafiq hesabatlar hazırlamaq;
  • Yüksək riskli əməliyyatlara və müştərilərə münasibətdə monitorinqlərin aparılması;
  • ƏL/TM tədbirləri üzrə məlumat bazadının araşdırılması, təhlili, hesabatların hazırlanması və proseslərin avtomatlaşdırılmasına iştirak;
  • CRS\FATCA üzrə hazırlanmış müvafiq hesabatların Vergilər Nazirliyinə ötürülməsi;
  • Yeni və mövcud müxbir bankların illik KYC qiymətləndirilməsini yeniləmək;
  • AML məsələləri ilə bağlı filiallardan və şöbələrdən daxil olan müraciətlərə cavab vermək;

Namizədə olan tələblər:

Ali təhsil (İqtisadi, Hüquq sahəsi) ;

  • Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Sahə üzrə beynəlxalq standartlar üzrə biliklərin olması;
  • Dil bilikləri :Azərbaycan dili sərbəst, İngilis dili yaxşı, Rus dili biliyin olması üstünlükdür;
  • Kompyuter bilikləri : MS Exel, MS Word, MS Visio, SQL (arzuolunandır);
  • Analitik düşüncə qabiliyyəti;
  • Komandada işləmək bacarığının olması;
  • Operativ və düzgün qərar vermək bacarığının olması;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • Təşəbbüskarlıq və yeni ideyalara malik olması;
  • MS Office xüsusən Excel, Visio,  SQL (arzuolunandır) proqramları üzrə yaxşı səviyyədə işləmək bacarığına malik olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20.10.2023-cü il tarixinə qədər [email protected] elektron ünvanına, mövzu hissəsində  “Maliyyə Monitorinq şöbəsinə Aparıcı/Baş mütəxəssis” yazaraq göndərə bilərlər

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33