Kapital Bank
Qiymətləndirmə və Motivasiya şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssis
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri İnsan Resurslarının İdarə Edilməsi departamentinin Qiymətləndirmə və Motivasiya şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər:
- Bank əməkdaşlarının bonus hesablanmasının həyata keçirilməsi;
- Əməkdaşların fəaliyyət göstəricilərinin təhlili;
- Motivasiya sisteminin hazırlanması üçün təkliflər verilməsi.
Tələblər:
- Analitik düşünmə qabiliyyəti;
- Rəqəmlərlə iş bacarığı;
- Kompyuter biliyi: yaxşı səviyyədə MS Office bilikləri ( Excel xüsusi ilə);
- Statistikanın əsas anlayışları barədə məlumatlı olmaq;
- Bank sahəsində 1 il iş təcrübəsi ( yalnız aparıcı mütəxəssis üçün).
CV-lərinizi, mövzu hissəsində “Qiymətləndirmə və Motivasiya şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi/aparıcı mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.