QA tester | Banco.az
ABB

QA tester

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  İnformasiya Texnologiyaları departamentinə QA tester vəzifəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Vəzifə öhdəlikləri

  • Proqram təminatlarının testləşdirilməsi, habelə hazırlanmış produkt və ya proses haqqında təkliflərin verilməsi;
  • Müxtəlif səviyyəli testləşdirmə səviyyələri (Manual, Uİ, Servis testing və s.) üzrə pozitiv və neqativ testlərin aparılması və hazırlanmış produktun qəbul olunmuş minimum kriteriyalara cavab verib-verməməsinin yoxlanması;
  • Test strategiyaları, test planları və test ssenarilərinin hazırlanmasına dəstək və onların sənədləşdirilməsi;
  • Test nəticələri, habelə hazırlanmış produktlarda  kütləvi baş verən xətalar barədə hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Proqram təminatlarının test edilmə metodologiyaları üzrə biliklər;
  • Proqram təminatlarının test edilməsi üzrə təcrübə;
  • Texniki sənədləşmə üzrə təcrübə (test ssenariləri və keysləri, istifadə kitabçaları) ;
  • APİ Server-lərin test etmə bacarığı, JSON / XML formatları üzrə biliklər;
  •  RDBMS sistemləri üzrə təcrübə, SQL dili üzrə biliklər (orta səviyyədə);
  • Agile mühitində test metodologiyaları ilə tanışlıq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  25 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “QA tester (İT)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et