Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə/iqtisadi/riyazi);
- Analoji sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığı, İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarığı;
- Bank nəzarətinin normativ-metodoloji bazası üzrə peşəkar səviyyədə bilik;
- Yüksək dərəcədə analitik düşünmə, qərarvermə qabiliyyəti, intensiv rejimdə və kollektiv mühitində işləmək bacarığı;
- Yüksək səviyyədə kompüter savadı.
İşin təsviri:
- Kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanı hazırlayır;
- Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq kredit təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
- Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər verir;
- Kredit təşkilatlarından daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlanması yönündə istiqamətlər verir.
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail : [email protected]