Namizədə dair tələblər:
• Ali təhsil (İqtisadiyyat üzrə);
• Analoji sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Analitik düşüncə və riyazi hesablama aparmaq qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• Yeni nəzəri və praktiki bilikləri mənimsəmək və tədqiqat aparmaq qabiliyyəti;
• İşlərin vaxt və icra baxımdan mükəmməl koordinasiyasını bacarmaq;
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
• İT resursları və ofis proqramları ilə işləmək bacarığı.
İşin təsviri:
• Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanmasına dəstək verir;
• Qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun olaraq sığorta təşkilatlarının fəaliyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi üzrə təkliflər verir;
• Sığorta sisteminin maliyyə sabitliyinə və dayanıqlığına təsir edə biləcək amilləri və risk faktorlarını mütəmadi olaraq müəyyənləşdirir və təhlil edir;
• Aparılmış təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
• Sığorta sektorundan daxil olan müraciətlərə baxır, məktub və sorğulara cavablar hazırlayır;
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail : [email protected]